İÇALATINI YANDIRMAQ
İÇƏRİ VERMƏK
OBASTAN VİKİ
İçəri Müşlan
İçəri Müşlan — Azərbaycan Respublikasının Zəngilan rayonunun Zəngilan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == İçəri Muşlan kəndi Oxcu çayının sahilində, dağətəyi ərazidədir. Keçmış adı Muşlan olmuşdur. Yaşayış məntəqəsini Türkiyənin Muş əyalətindən köçüb gəlmiş ailələr saldığına görə belə adlandırılmışdır. Bu kənddən çıxmış ailələr Oxcu çayının sağ sahilində Qıraq Muşlan kəndini saldıqdan sonra buraya İçəri Muşlan, yeni "əsas, ic Muşlan" deyilmışdir.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Mədəniyyəti == 1 orta məktəb (Soltan Qardaşov adına), 1 kitabxana, 1 uşaq bağçası var. == Coğrafiyası və iqlimi == Kənd Oxçuçayın sahilində yerləşir. Məlikli, Tatar və Zəngilan kəndləri ilə həmsərhəddir. Şirin sulu bulaqları və təbii bitki örtüyü var.
İçəri bazar
İçəri bazar (Qax qala qapıları və divarları) — Qax şəhərinin mərkəzində yerləşir. XVIII əsrin I yarısında inşa olunmuş, XIX əsrdə ruslar tərəfindən təmir edilmişdir. Əvvəllər xalq arasında İçəribazar adlanan (indi İcəribazar küçəsidir) məhəlləni əhatə edən qala divarları və bürclərlə əhatələnmiş qala qapılarından ibarətdir.Bəstəkar Müslüm Maqomayevin atasının emalatxanası bu məhəllədə yerləşir.
İçəri Şəhər
"İçərişəhər", xalq arasında həm də "Qala" və ya sadəcə "Qədim şəhər" kimi tanınan tarixi məhəllə Bakının ən qədim hissəsi həmçinin tarixi-memarlıq qoruğudur. Bakının ən qədim hissəsi olan İçərişəhər, yaxşı qorunmuş qala divarları ilə əhatə olunub. 221 000 m² sahəyə malik olan qoruq ərazisində 1300-dən çox ailə yaşayır.Qoruq ərazisi hələ tunc dövründən məskunlaşmışdır. Arxeoloji tədqiqatlar nəticəsində müəyyənləşdirilmişdir ki, artıq VIII–IX əsrlər ərzində İçərişəhər ərazisi sıx məskunlaşmış, burada sənətkarlıq və ticarət inkişaf etmişdir. XV əsrdə Şirvanşahların öz iqamətgahlarını Şamaxıdan Bakıya köçürməsindən sonra İçərişəhərin həyatında "kristallaşma" dövrü başlamışdır. 1748–1806-cı illərdə Bakı və onun mərkəzi olan İçərişəhər Bakı xanlığının paytaxtı olmuşdur. 1806-cı illərdə Bakının ruslar tərəfindən işğal edilməsi və neft bumunun yaşanmasından sonra (XIX əsrin sonları-XX əsrin əvvəlləri) şəhərin inkişaf və genişləndirilməsi prosesi başlamış, insanlar İçərişəhər divarlarından kənarda da sıx məskunlaşmağa başlamışdır. İçərişəhərdə yerləşən məşhur memarlıq abidələri Qız qalası və Şirvanşah Azərbaycan memarlığının inciləri hesab edilirlər. Bunlardan başqa qoruq ərazisində onlarla tarixi-memarlıq abidələri – məscidlər, karvansaralar, hamamlar, yaşayış evləri – yerləşir, bir neçə muzey, səfirlik, otel, ticarət obyektləri, kafe və restoranlar fəaliyyət göstərir. 1977-ci ildə İçərişəhər tarix-memarlıq qoruğu elan edilib, 2000-ci ildə isə, Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə UNESCO Ümumdünya irsi Siyahndan Ümumdünya İrsi Siyahısına daxil edilmiş ilk obyektdir.
İçəri Şəhər (1964)
== Məzmun == Film tarixi abidə — İçərişəhər haqqındadır.
İçəri Şəhər (1978)
== Məzmun == Qədim memarlıq abidələrini nadir "daş kitab", "donmuş musiqi" adlandırırlar. Filmdə İçəri şəhərin ərazisində yerləşən memarlıq abidələrindən, bu nadir tarixi kompleksin bugünkü taleyindən, problemlərindən bəhs olunur.
İçəri Şəhər (Vyana)
İçəri Şəhər — Vyananın 1-ci rayonu və tarixi şəhər mərkəzi. 1850-ci ildə Vyana rayonları təyin olunana qədər Vyana sözü bu bölgəni ifadə edirdi. Rayon ənənəvi olaraq dörd bölgəyə bölünür: Stubenviertel (Şimali Şərq), Kärntner Viertel (Cənub-Şərq), Widmerviertel (Cənub-Qərb), Schottenviertel (Şimal Qərb). Rayon, şəhərin ən əhəmiyyətli biznes mərkəzidir və 100,745 işçisi, korporativ mərkəz və turizm sahələri vardır. Ərazi 2001-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.
İçəri Şəhər (dəqiqləşdirmə)
İçəri Şəhər — Bakı şəhərinin tarixi mərkəzi. İçəri Şəhər — şərab növü. İçərişəhər metrostansiyası — Bakıda metrostansiya. İçərişəhər Cümə məscidi — İçərişəhərdə məscidFilmlər İçəri şəhər — 1964-cü ildə çəkilmiş sənədli film. İçəri şəhər — 1978-ci ildə çəkilmiş qısametrajlı film. İçəri şəhər-əbədi nağıl — 1984-cü ildə çəkilmiş sənədli film. İçəri şəhər — 2015-ci ildə çəkilmiş bədii film.
Cümə məscidi (İçəri Şəhər)
İçərişəhər Cümə məscidi — İçərişəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid. == Cümə məscidi == === Tarixi === Məscidin divarına həkk olunmuş binanın inşası haqqında olan kitabədə yazılıb: "709-cu ilin rəcəb ayında Əmir Şərəfəddin Mahmud bu tikilini yeniləmək əmri vermişdir". Kitabə barədə Sara Aşurbəyli Şirvanşahlar dövləti kitabında belə yazır: "Bakı qalasında qədim Cümə məscidinin cənub tərəfindəki divarda ərəbcə yazılmış kitabədə binanın təmir olunduğu xəbər verilir. "Məlik əl-üməra və l-əkabir" (əmirlərin və əyanların məliki) Şərəf əd-Din Mahmud ibn Fəxr əd-Dinin adı çəkilir və h.709 (1309/10)-cu il tarixi göstərilir."Görünür həmin dövrdə məscid təmir edilib genişləndirilmişdir.Bakı Came məscidinin atəşgah məbədinin yerində inşa olunduğu iddia olunur.Məscid Hicri-qəməri təqvimlə 1024-cü ildə təmir edilmişdir.Bakı Came məscidi 1899-cu ildə uçurulmuş və yerində Bakı milyonçusu, xeyriyyəçi Hacı Şıxəli Dadaşov tərəfindən yenisi inşa edilmişdir. === Haqqında === Bir qədər mürəkkəb biçimli planı Bakı Came məscidinin bir neçə mərhələdə tikildiyini və ətrafı yaşayış məhəllələri ilə əhatə olunmuş məhdud ərazidə genişləndiyini göstərir. Onun başlıca dayaq bölümləri cənub hissəsində kvadrat biçimli ibadət salonu və şimal tərəfində minarədir. Onların arası müxtəlif ölçülü yerləşgə və kiçik iç həyətlərlə doldurulub. Məscidin özəyi və ən əski bölümü ibadət salonudur. İbadət salonu planda kvadrat biçimli olub quruluşuna görə Səlcuqlular dövrünün köşk tipli məscidlərinə bənzəyir. Onun örtüyü də arxaik biçimli idi.
İçəri Şəhər (film, 1964)
== Məzmun == Film tarixi abidə — İçərişəhər haqqındadır.
İçəri şəhər (film, 1978)
== Məzmun == Qədim memarlıq abidələrini nadir "daş kitab", "donmuş musiqi" adlandırırlar. Filmdə İçəri şəhərin ərazisində yerləşən memarlıq abidələrindən, bu nadir tarixi kompleksin bugünkü taleyindən, problemlərindən bəhs olunur.
İçəri şəhər (film, 2016)
İçəri şəhər — rejissor İlqar Safatın filmi. == Haqqında == Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. == Məzmun == Müasir Azərbaycanda cərəyan edən hekayə yaşıdlarının bəsit ambisiyalarından uzaq olan istəklərlə yaşayan gənc tələbə Arzu və xəyalları puç olmuş Qarabağ müharibəsi veteranı Rafaelin sevgisindən bəhs edir. Hekayə əsrlər boyu milli mentalitetin hökm sürdüyü ölkədə gənc qadın üçün ənənələrə zidd olan dəyərlərlə yaşamaq və azad sevməyin nə olduğunu, eləcə də cəmiyyətinin ümidlərini doğrultmayanda çəkdirilən əzabları təcəssüm edir. == Festivallar və mükafatlar == “İçəri şəhər” bədii filmi 20-ci Tallin “Qaranlıq gecələr” Beynəlxalq Film Festivalına dəvət alıb. Festival 2016-cı il noyabrın 11-dən 27-dək Estoniyanın paytaxtı Tallində keçirilib. "İçəri şəhər” bədii filmi Hindistanın 7-ci "Yaşvant” beynəlxalq film festivalında nümayiş etdirilib. Festival 2017-ci il yanvarın 20-dən 26-dək Mumbay şəhərində keçirilib. “İçəri şəhər” filmi Hindistanın 9-cu Benqaluru Beynəlxalq Film Festivalının “Dünya kinosu” proqramı çərçivəsində Benqaluru və Maysur şəhərlərində nümayiş etdirilib. “İçəri şəhər” bədii filmi Hindistanın 3-cü “Kozhikode” Beynəlxalq Film Festivalına dəvət alıb.
İçəri şəhər-əbədi nağıl (film, 1984)
== Məzmun ==
безотноси́тельно вдалеке́ от дострочи́ть метропо́лия слу́шать состоя́ть бесфо́рменно гормя́ гореть да вдоба́вок перезабыва́ть птицее́д разоде́тый серворегулиро́вка доктор еси anecdote diachrony Egbert self-betrayal tightness trench warfare unbookish violation схоластика трепальщица